Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, “12 avqust-Beynəlxalq Gənclər günü” münasibətilə gənclər arasında şahmat üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Birincilik Naxçıvan Şahmat Mərkəzində baş tutub. Birincilikdə 50 nəfər şahmatçı iştirak edib. Olimpiya sistemi üzrə keçirilən yarışın yekununa əsasən, Qulamzadə Əli I, Əliyev Ayxan II, Rəhimov Həsən isə III yerə layiq görülüb.
Şahmat üzrə muxtar respublika birinciliyi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.