Futbol üzrə Azərbaycan millisi səfərdə məğlub olub

A- A A+

İyunun 6-da futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimiz səfərdə Moldova yığmasının qonağı olub.

Kişineudakı “Zimbru” stadionundakı qarşılaşma meydan sahiblərin minimal hesabla qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolun müəllifi 8-ci dəqiqədə Vitaliy Damaşkan olub.

Qeyd edək ki, bu, iki kollektiv arasında sayca 11-ci görüş olub İndiyədək baş tutan 10 oyunun 8-i yoldaşlıq, 2-si isə dünya çempionatının seçmə mərhələ matçlarına təsadüf edib. Bu qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: