Sərbəst güləşçilərimiz "Poland Open" turnirində mübarizə aparacaqlar

A- A A+

İyunun 8-də Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.

Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaqlar.

Yarışın proqramına əsasən, iyunun 8-də H.Əliyev və Ş.Şərifov, ertəsi gün isə H.Hacıyev mübarizəyə start verəcəklər. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: