Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri start götürəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.
Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaqlar.
Yarışın proqramına əsasən, bu gün H.Əliyev və Ş.Şərifov, sabah isə H.Hacəyev mübarizəyə start verəcək. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.