“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gələcəklər

A- A A+

İyunun 8-də “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rumıniyada təşkil olunan turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gələcəklər.

Turun digər oyunlarında Rumıniya təmsilçisi Boqdan-Daniel Dyak rusiyalı Aleksandr Qrişuk ilə görüşəcək. Rumıniyalı digər şahmatçı Konstantin Lupulesku fransalı Maksim Vaşye-Laqrav, ABŞ təmsilçisi Fabiano Karuana həmyerlisi Uesli So, niderlandlı Aniş Giri isə erməni Levon Aronyan ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, şahmatçılarımız ötən üç turu heç-heçə ilə başa vurublar.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: