“Naxçıvanı tanıyaq” devizi altında yola çıxan gənclər bu dəfə Ordubadda - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qeysəriyyə abidəsində yerləşən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində gənclərə məlumat verilib ki, muzeydə nümayiş olunan minlərlə eksponat bu diyarın qədim və zəngin tarixini özündə əks etdirir.
Qeysəriyyədən zəngin təəssüratlarla ayrılan gənclər görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin və böyük alim Yusif Məmmədəliyevin ev muzeyində də olub.
Qeyd edək ki, ekskursiya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.
Röyal Kərimov