Niderland millisinin yarımmüdafiəçisi Donni van de Bek "Avro-2020"ni buraxacaq

A- A A+

"Mançester Yunayted" və Niderland millisinin yarımmüdafiəçisi Donni van de Bek "Avro-2020"ni buraxacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 24 yaşlı futbolçu zədələndiyi üçün qitə birinciliyində komandasına kömək edə bilməyəcək. Niderland millisinin məşqçilər korpusu Donni van de Bekin əvəzinə yeni futbolçunun yığmaya dəvət olunmasına ehtiyac duyulmadığını açıqlayıb.

"Avro-2020" ötən il təşkil olunmalı idi. Koronavirus pandemiyası səbəbindən təxirə salınan turnir bu il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Niderland millisi çempionatın qrup mərhələsində Ukrayna (13 iyun), Avstriya (17 iyun) və Şimali Makedoniya (21 iyun) yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda "Avro-2020"nin "A" qrupunun Uels-İsveçrə (12 iyun), Türkiyə-Uels (16 iyun) və Türkiyə-İsveçrə (20 iyun) oyunları, həmçinin dörddəbir final mərhələsinin bir matçı (3 iyul) təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: