Güləşçimiz Hacımurad Hacıyev "Poland Open" turnirində üçüncü olub

A- A A+

Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ikinci yarış günündə - iyunun 9-da 61, 65, 74, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.

Yarışa dörddəbir finaldan start verən güləşçimiz Hacımurad Hacıyev (74 kq) iranlı rəqibi üzərində əzmkar qələbə qazanıb. Ancaq yarımfinalda İranın digər təmsilçisinə məğlub olub. H.Hacıyev Polşa güləşçisini rahat üstələyərək bürünc medala sahib olub.

Qeyd edək ki, turnirin ilk günündə sərbəst güləşçimiz Hacı Əliyev (70 kq) də bürünc medal qazanmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: