AVRO-2020: Bakıdakı ilk oyunun təyinatları açıqlandı

A- A A+

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək Uels - İsveçrə oyunu üçün təyinatlar açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi məlumatına görə, qarşılaşma Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Kleman Türpenə Nikolas Damos və Siril Qrinqor köməklik göstərəcək. 4-cü hakim funksiyasını serbiyalı Srdan Yovanoviç yerinə yetirəcək. VAR hakimi isə fransalı Fransua Leteksyerdir.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - İsveçrə matçı saat 17:00-da başlayacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bakıda həmçinin Türkiyə - Uels və Türkiyə - İsveçrə oyunları, eləcə də 1/4 final mərhələsinin 1 görüşü təşkil ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: