PSJ "Liverpul"dan ayrılan futbolçunu heyətinə qatdı

154

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

NUHÇIXAN İnformasiya Agentliyi Paris təmsilçisinin rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, son mövsümü İngiltərə "Liverpul"unda keçirən Corcinyo Veynaldumla müqavilə imzalanıb.

31 yaşlı niderlandlı yarımmüdafiəçinin sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Corcinyo Veynaldum 2016-cı ildən "Liverpul"da çıxış edib. O, Fransa təmsilçisinə azad agent kimi keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: