Türkiyənin “Trabzonspor” klubu ilə yollarını ayıran Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Avstriyada davam etdirəcək.
NUHÇIXAN xəbər verir ki, 22 yaşlı hücumçu bu ölkənin Bundesliqasında çıxış edən “Mattersburq”la anlaşıb. Onunla bu həftə ərzində müqavilə bağlanılacağı gözlənilir.
Qeyd edək ki, Ramil Şeydayev 2016-cı ildə Rusiyanın "Zenit" komandasından "Trabzonspor"a keçib. O, 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilmişdi.