Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayıb

250

Budapeştdə keçirilən dünya çempionatında daha bir cüdoçumuz mübarizəyə qoşulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində Elmar Qasımov tatami üzərinə çıxacaq. O, onaltıdabir finalda türkiyəli Mert Şişmanlar və gürcüstanlı İliya Sulamanidze qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bundan əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb. Yığmamızın digər üzvləri Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) isə beşinci pillədə qərarlaşıblar. Hazırda Azərbaycan millisi komanda hesabında 16-cı sıradadır.

Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: