Türkiyə-İtaliya oyunu ilə futbol üzrə 16-cı Avropa çempionatına start verilib

243

İyunun 11-də Romadakı “Olimpiko” stadionunda keçirilən Türkiyə-İtaliya oyunu ilə futbol üzrə 16-cı Avropa çempionatına start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oyundan əvvəl təntənəli açılış mərasimi keçirilib.

A qrupunda yer alan bu komandaların qarşılaşmasını niderlandlı referi Danni Makkeli idarə edir.

Türkiyənin start heyətində Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Okay Yokuşlu, Ozan Tufan, Kenan Karaman, Hakan Çalhanoğlu, Yusuf Yazıcı, Umut Meraş və Burak Yılmaz yer alıb.

İtaliya millisinin start “11”də Canluici Donnarumma, Croco Kyellini, Leonardo Spinatsola, Manuel Lokatelli, Jorjinyo, Lorentso İnsinye, Domeniko Berardi, Çiro İmmobile, Nikola Barella, Leonardo Bonuççi, Alessandro Florentsi qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: