Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçında danimarkalıların futbolçusu Kristian Eriksen huşunu itirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bir müddət meydanın içində müalicəsi davam etdirilən Eriksen daha sonra xəstəxanaya aparılıb.
İlkin ehtimallara görə, yarımmüdafiəçinin ürəyi dayanıb.
Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.