“Avro-2020”: Avstriya birinci oyununda qələbə qazanıb

A- A A+

Futbol üzrə Avropa çempionatında C qrupunun ilk oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdəki Milli Arenada Avstriya və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.

Hesabı 18-ci dəqiqədə Avstriya millisinin futbolçusu Ştefan Layner açıb. Bundan 10 dəqiqə sonra Qoran Pandev Şimali Makedoniya millisinin mötəbər yarışda ilk qolunu vurub. Lakin 78-ci dəqiqədə meydana yenicə daxil olmuş Mixael Qreqoriç, 89-cu dəqiqədə isə Marko Arnautoviç fərqlənərək, Avstriya yığmasının 3:1 hesablı qələbəsini təmin edib.

Qeyd edək ki, C qrupunda ilk turun digər oyunu bu gün Niderland və Ukrayna milliləri arasında olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma "Amsterdam Arena"da keçiriləcək. Görüşü almaniyalı referi Feliks Brıx idarə edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: