Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək Uels - Türkiyə oyunu üçün təyinatlar açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
Referi Artur Diaşa Rui Taveres və Paulu Soareş köməklik göstərəcək. 4-cü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək. VAR hakimi isə portuqaliyalı Joau Pineyrodur.
Qeyd edək ki, iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə matçı saat 20:00-da başlayacaq.