Azərbaycan çempionatında yeni mövsümün başlanma tarixi açıqlandı

A- A A+

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Federasiyadan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda yeni mövsümün başlanması, əsasnamənin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Qərara alınıb ki, yüksək liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start verilsin.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarına daxil ola biləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: