Teymur Rəcəbov Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirində Levon Aronyan ilə heç-heçə edib

A- A A+

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirində sonuncu görüşünü keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 34 yaşlı qrosmeyster Ermənistan təmsilçisi Levon Aronyan ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Rəcəbov 14-cü gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov hazırda fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşır. Aktivində 5,5 xal olan şahmatçımıza turnirin qalibi olması üçün heç-heçə də kifayət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: