Kəngərli rayon Qabıllı kəndində yeni mini futbol stadionu istifadəyə verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, açılış mərasimində Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, Kəngərli rayon Qabıllı kəndində istifadəyə verilən stadion rayonumuzda uşaq və yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayacaq. Məlumdur ki, Qabıllı kənd sakini  sahibkar Füzuli Hüseynov belə bir təşəbbüsü irəli sürdükdən sonra dövlət tərəfindən müəyyən olunmuş ərazi ayrılıb və yeni stadionun inşası aparılıb.

Kamal Ələkbərov vurğulayıb ki, stadionun açılış mərasiminin 15 iyun – Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etməsi mühüm hadisədir. İcra Hakimiyyətinin başçısı ölkəmizin ən dəyərli bayramı olan Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov qeyd edib ki, muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, kəndlərində də idmanın kütləviliyinin təmin olunmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, artıq kəndlərdə yeni idman obyektləri tikilir və ya yenidən qurulur. Bunlardan biri də Qabıllı kənd stadionudur. Bu stadionda keçiriləcək yarışlar, turnirlər istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradacaq.

Uzunluğu 42, eni 26 metr olan süni örtüklü stadion 0,6 hektar ərazini əhatə edir. Stadionda işıqlandırma sistemi, eyni zamanda bir paltardəyişmə otağı, bir yardımçı otaq və sanuzel qovşağı quraşdırılıb. Sahəyə kilid daşları döşənilib, stadionun ətrafında abadlıq işləri aparılıb, asfalt örtük çəkilib. Eyni zamanda stadionun yanında 1 hektar ərazidə badam bağı salınıb. İki nəfər işlə təmin olunub.

Tədbirin sonunda Şərur və Kəngərli rayon uşaq futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib.

                                                                  Rəmzi Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: