AVRO-2020: Çexiya millisi meydan sahiblərinə qalib gəldi

A- A A+

Futbol üzrə Avropa çempionatında D qrupunun digər oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, turnirin ev sahiblərindən Şotlandiya Çexiya millisi ilə qarşılaşıb. Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan matç çexiyalıların qələbəsi ilə başa çatıb.

Görüşdə hər iki qolu Patrik Şik vurub. Əvvəlcə 42-ci dəqiqədə fərqlənən 25 yaşlı forvard ikinci hissədə baxımlı qola imza atıb. Almaniya "Bayer"ində çıxış edən forvard 52-ci dəqiqədə topu mərkəz xətti yaxınlığından rəqib qapısına göndərib.

Qeyd edək ki, D qrupunun ilk oyunu dünən İngiltərə və Xorvatiya yığmaları arasında olub. Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşma britaniyalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: