İyunun 14-də futbol üzrə Avropa çempionatının E qrupunda birinci turun oyunlarına yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sevilya şəhərində keçirilən görüşdə İsveç və İspaniya komandaları qarşılaşıb.
Matçda qapılara qol vurulmayıb - 0:0.
E qrupun digər görüşündə isə Slovakiya komandası Polşa seçməsini 2:1 hesabı ilə üstələyib.
E qrupunun turnir cədvəlinə 3 xalla Slovakiya komandası başçılıq edir. İkinci pillədə 1 xala malik olan İsveç, 3-cü və 4-cü pillələrdə isə müvafiq olaraq İspaniya və Polşa yığmaları qərarlaşıb.
Xatırladaq ki, A qrupunda yer alan İsveçrə və Uels komandalarının Bakının Olimpiya stadionunda keçirilən görüşü heç-heçə nəticələnib – 1:1.