İyunun 15-də Çexiyada Azərbaycan şahmatçısı Nicat Abasovun da qatıldığı ənənəvi Praqa şahmat festivalının əsas yarışının - "Masters" turnirinin ikinci turunun oyunları keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ikinci turda şahmatçımızın rəqibi isveçli Nils Qrandelius olacaq. Turun digər oyunlarında polşalı şahmatçılar Yan-Kşıştof Duda ABŞ təmsilçisi Sem Şenkland, Radoslav Voytaşek çexiyalı şahmatçı David Navara ilə qarşılaşacaqlar. Çexiyanın digər şahmatçısı Tay Dan Van Nquyen isə niderlandlı Jorden Van Forest ilə üz-üzə gələcək.
Qeyd edək ki, şahmatçımızın birinci turdakı qarşılaşması heç-heçə ilə başa çatıb. Turnir 7 turdan ibarətdir.