“Avro-2020”: Uels yığması Türkiyə ilə oyundan əvvəl son məşqinə çıxıb

A- A A+

“Avro-2020”nin A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda Türkiyə millisi ilə qarşılaşacaq Uels yığmasının oyundan əvvəl son məşqi olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Robert Peycin yetirmələri hazırlıq prosesini Tofiq Bəhramov adına Respublika stadionunda keçiriblər.

Türkiyə-Uels matçı iyunun 16-da saat 20:00-da başlayacaq.

Birinci turda Türkiyə millisi İtaliya seçməsinə 0:3 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib - 1:1.

Bakı Olimpiya Stadionu, həmçinin iyunun 20-də Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: