Boks üzrə Avropa çempionatında Azərbaycanın 7 idmançısı mübarizə aparacaq

A- A A+

İyunun 17-də İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səkkiz gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq. Çempionatda gənclərdən ibarət yığmamızın baş məşqçisi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi ilə yeddi boksçu mübarizə aparacaq.

Komandamızın heyətində Əli Zamanov (52 kq), Maqsud Xasmetov (56 kq), Cəlal Qurbanov (60 kq), Ruslan Rüstəmov (64 kq), Sərxan Əliyev (69 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (81 kq) yer alıblar.

Azərbaycanı qitə birinciliyində hakimlərimizdən Fuad Aslanov təmsil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: