Daha bir Naxçıvan atleti ölkə çempionu oldu - FOTOLAR

A- A A+

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə ölkə birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 8 komandanın heyətində 100-dən çox atletin iştirak etdiyi birincilikdə  muxtar respublikanı  Naxçıvan Atletika Federasiyasının idmançısı Miryusif  Seyidov təmsil edib. Çempionatda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhə atma, nizə atma yarışlarında qüvvələrini sınayıblar. 1500 metr məsafədə bürünc medal əldə edən təmsilçimiz 3000 metrdə bütün rəqiblərini geridə qoyub. Finiş xəttinə 11 dəqiqə 3.78 saniyə ərzində çatan Miryusif bu göstərici ilə qızıl medala yiyələnib. 

Xatırladaq ki, iyunun əvvəlində digər atletimiz Əmrah Nağıyev gənclər arasında ölkə birincisi olubdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: