Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib

A- A A+

2021/2022-ci il mövsümündə ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək futbol klublarımızın rəqibləri müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq “Qarabağ” İsrailin “Aşdod”, “Sumqayıt” Serbiyanın “Çukariçki”, “Keşlə” isə Rusiyanın “Soçi” komandası ilə qarşılaşacaq.

"Qarabağ" ilk oyununu doğma meydanda, "Sumqayıt" və “Keşlə” isə səfərdə keçirəcək.

Həmçinin Çempionlar Liqasında mübarizə aparacaq “Neftçi”nin Konfrans Liqasındakı potensial rəqibi məlum olub. Təmsilçimiz birinci təsnifat mərhələsində mübarizəsini dayandıracağı halda, çıxışını Konfrans Liqasında davam etdirəcək və bu turnirdə "Makkabi" (Hayfa, İsrail) / “Kayrat” (Qazaxıstan) cütündə məğlub olan komanda ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA tərəfindən ilk dəfə təşkil olunacaq Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab qarşılaşmaları isə ayın 29-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: