Naxçıvan idmançısı Azərbaycan Qran-Prisinin qalibi olub - FOTOLAR

A- A A+

Azərbaycan Pauerliftinq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində “deadlift” və “bench press” üzrə qran-pri turniri keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yarışda muxtar respublika idmançısı, Azərbaycan yığma komandasının üzvü Əli Əsgərov da iştirak edib. Təmsilçimiz bench press növündə uğurlu nəticəyə imza atıb. O, 190 kq kiloqramlıq ağırlığın öhdəsindən gələrək öz çəki dərəcəsində turnirin mütləq qalibi adına layiq görülüb. 

Əli Əsgərov bu ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Azərbaycan kubokunda da mübarizə aparacaq. Əsas hədəfi isə dekabr ayında keçiriləcək dünya çempionatında ölkəmizi təmsil etməkdir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: