“Avro 2020”: İtaliya İsveçrə yığmasını məğlub edərək qrupdan çıxmağa nail olub

A- A A+

İyunun 16-da futbol üzrə Avropa çempionatının A qrupunda ikinci turun oyunlarına yekun vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Romada “Olimpiko” stadionunda keçirilən görüşdə İtaliya və İsveçrə komandaları qarşılaşıb. Gərgin keçən oyunda İtaliya seçməsi rəqibinin qapısından üç cavabsız qol keçirib. Görüşdə qolları Manuel Lokatelli (26, 52) və Ciro İmmobile (89) vurub.

A qrupunun turnir cədvəlinə 6 xalla İtaliya komandası başçılıq edir. İkinci pillədə 4 xala malik olan Uels, 3-cü və 4-cü pillələrdə isə müvafiq olaraq İsveçrə və Türkiyə yığmaları qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: