Avropa çempionatında 4 boksçumuz mübarizəyə başlayır

A- A A+

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatında Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi  Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, boksçularımızdan 4-ü çempionata onaltıdabir finaldan başlayacaq. Yığmamızın üzvləri Cəlal Qurbanov (60 kq) İstvan Bundovçs (Macarıstan), Ruslan Rüstəmov (64 kq) Uça Jorjoliani (Gürcüstan), Sərxan Əliyev (69 kq) Patriot Behrami (Kosovo), Mirəşrəf Kazımzadə (75 kq) isə Arşak Yelizbaryan (Gürcüstan) ilə bu gün debüt görüşlərinə çıxacaqlar.

Səkkizdəbir finaldan mübarizəyə qoşulacaq digər 3 idmançımız isə rinqə iyunun 19-da çıxacaq. Əli Zamanov (52 kq) Martin Virban (Macarıstan)/Axtem Zakirov (Rusiya) cütünün qalibi ilə, Maqsud Xasmetov (56 kq) Yuri Tomyuk (Ukrayna), Murad Allahverdiyev (81 kq) isə Kristian Kosyani (Sloveniya) ilə ilk qarşılaşmalarını keçirəcəklər.

Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. Qırx bir ölkənin qatılacağı turnirin mükafat fondu 320 min dollar təşkil edəcək. Belə ki, çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: