"Avro-2020": Niderland Avstriya yığmasını məğlub edərək səkkizdəbir finala vəsiqəni təmin edib

A- A A+

İyunun 17-də futbol üzrə Avropa çempionatının C qrupunda ikinci turun oyunlarına yekun vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Amsterdamda "Yohan Kroyff" stadionunda keçirilən görüşdə Niderland və Avstriya komandaları qarşılaşıb. Gərgin oyun şəraitində keçən oyunda Niderland seçməsi rəqibinin qapısından iki cavabsız qol keçirib. Görüşdə qolları Menfis Depay (11) və Denzel Dumfires (67) vurub.

C qrupunun turnir cədvəlinə 6 xalla Niderland komandası başçılıq edir. İkinci pillədə 3 xala malik olan Ukrayna, 3-cü və 4-cü pillələrdə isə müvafiq olaraq Avstriya və Şimali Makedoniya yığmaları qərarlaşıb.

Xatırladaq ki, A qrupunda yer alan İsveçrə və Uels komandalarının Bakının Olimpiya stadionunda keçirilən görüşü heç-heçə nəticələnib – 1:1. A qrupunun Bakıda keçirilən digər görüşündə isə Uels komandası Türkiyə seçməsini iki cavabsız qolla məğlub edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: