“Grand Chess Tour”: Teymur Rəcəbov bu gün üç görüş keçirəcək

A- A A+

Bu gün Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatılacağı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsi start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri baş tutacaq.

Şahmatçımız bu gün ilk qarşılaşmasını Levon Aronyana (Ermənistan) qarşı keçirəcək. Sonrakı görüşlərdə Maksim Vaşe-Laqrav (Fransa), Alireza Firuzca (İran) ilə üz-üzə gələcək. Turnirdə şahmatçımız və adıçəkilən rəqiblərindən başqa, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşe-Laqrav, Etienne Bakrot (hər ikisi Fransa), Riçard Rapport (Macarıstan), Yan Nepomnyaşi, Vladimir Kramnik, Peter Svidler (hər üçü Rusiya) və Alireza Firuzca (İran) iştirak edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: