Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan “EBSL-2021” Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Portuqaliya yığması ilə qarşılaşan Azərbaycan millisi 2:7 hesabı ilə məğlub olub. Azərbaycan yığmasının heyətində Amid Nəzərov və Sabir Allahquliyev fərqləniblər.
Azərbaycan millisi növbəti oyununu bu gün Ukraynaya qarşı keçirəcək.