İsveç millisi “Avro-2020”də ilk qələbəsini qazanıb - FOTOLAR

A- A A+

“Avro-2020”nin səkkizinci gününə E qrupu çərçivəsində keçirilən İsveç-Slovakiya matçı ilə start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Sankt-Peterburq Arena”da təşkil olunan görüş İsveç millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 77-ci dəqiqəsində Emil Foresberq Slovakiya millisinin qapısına təyin olunmuş cərimə zərbəsini dəqiq yerinə yetirərək matçda yeganə qolun müəllifi olub.

Hesabında 4 xal olan Slovakiya millisi qrupun lideridir. İsveç millisi 3 xalla ikinci, İspaniya yığması isə 1 xalla üçüncü pillədə qərarlaşıb. Polşa seçməsi hələ də xal qazana bilməyib.

E qrupunun növbəti oyunu iyunun 19-da Sevilyadakı Olimpiya stadionunda İspaniya və Polşa yığmaları arasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu gün, həmçinin Bakı vaxtı ilə saat 20:00-da Xorvatiya-Çexiya və saat 23:00-da isə İngiltərə-Şotlandiya oyunları start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: