AVRO-2020: İngiltərə Şotlandiya oyununda qapılara top vurulmayıb

A- A A+

Futbol üzrə Avropa çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk matçda qələbə qazanan İngiltərə Şotlandiya ilə üz-üzə gəlib.

Londondakı "Uembli" stadionunda gerçəkləşən qarşılaşmanı ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edib. Görüş başladığı kimi qolsuz bərabərliklə bitib.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran İngiltərə Çexiya ilə birlikdə ilk iki pilləni bölüşdürür. Şotlandiya və Xorvatiyanın isə 1 xalı var.

Qeyd edək ki, qrupun Xorvatiya – Çexiya oyunu 1:1 hesabı ilə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: