“Avro-2020”nin E qrupu çərçivəsində keçirilən İspaniya-Polşa matçı ilə çempionatın qrup mərhələsinin ikinci turuna yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sevilyadakı Olimpiya stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İspaniya millisinin heyətində Alvaro Morata matçın 25-ci dəqiqəsində hesabı açıb. Lakin Polşa komandasının hücumçusu Robert Levandovski 54-cü dəqiqədə hesabı bərabərləşdirib.
Bu qrupun digər oyununda İsveç Slovakiyanı minimal hesabla məğlub edib.
Hesabında 4 xal olan İsveç millisi qrupun lideridir. Slovakiya millisi 3 xalla ikinci, İspaniya yığması isə 2 xalla üçüncü pillədə qərarlaşıb. Polşa seçməsinin aktivində 1 xal var.
E qrupunun iyunun 23-də paralel keçiriləcək oyunlarında iyunun İsveç seçməsi Polşa, Slovakiya isə İspaniya ilə qarşılaşacaqlar.