FIFA-nın prezidenti Gianni İnfantino İsveçrə-Türkiyə oyununu izləmək üçün Bakıya gəlib

A- A A+

FIFA-nın prezidenti Gianni İnfantino “Avro-2020”nin A qrupu çərçivəsində keçiriləcək İsveçrə-Türkiyə oyununu izləmək üçün Bakıya gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3, daha sonra Uels yığmasına 0:2 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1. İsveçrə növbəti oyununda İtaliyaya 0:3 hesabı ilə uduzub.

Bakı Olimpiya Stadionu, həmçinin iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: