“Avro-2020”: İsveçrə və Türkiyə komandalarının start heyəti açıqlanıb

A- A A+

İsveçrə və Türkiyə yığmaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək “Avro-2020”nin A qrupunun III tur matçı üçün start heyətləri açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə millisinin start "11-də" meydana Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Ozan Tufan, Cengiz Ünder, Hakan Çalhanoğlu, 17. Burak Yılmaz, İrfan Can Kahveci, Kaan Ayhan və Mert Müldür çıxacaqlar.

İsveçrə seçməsinin start heyətində isə Yan Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Bril Embolo, Remo Froyler, Haris Seferoviç, Qranik Caka, Rikardo Rodriges, Stiven Tsuber və Cerdan Şakiri yer alıblar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: