“Avro-2020”: İsveçrə-Türkiyə oyununun birinci hissəsi yekunlaşıb

A- A A+

“Avro-2020”nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə-Türkiyə oyununun birinci hissəsi yekunlaşıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sloveniyalı FIFA referisi Slavko Vinçiçin idarə etdiyi görüşün birinci hissəsini İsveçrə millisi 2:0 hesabı ilə öndə bitirib. Görüşün 6-cı dəqiqəsində Haris Seferoviç, 26-cı dəqiqəsində isə Cerdan Şakiri fərqləniblər.

İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3, daha sonra Uels yığmasına 0:2 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1. İsveçrə növbəti oyununda İtaliyaya 0:3 hesabı ilə uduzub.

Bakı Olimpiya Stadionu, həmçinin iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: