“Neftçi” klubu Sloveniyada ilk yoxlama oyununu keçirib

A- A A+

Sloveniyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu iyunun 21-də ilk yoxlama oyununu keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı təmsilçisi yerli "Olimpiya" (Lyublyana) komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda hər iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Namik Ələskərov, ardınca isə Mihaylo Peroviç fərqlənib.

Qeyd edək ki, "Neftçi" növbəti yoxlama matçını iyunun 25-də Macarıstanın “Fehervar" klubuna qarşı keçirəcək. Komandamızın Sloveniyadakı sonuncu rəqibi isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Oyun isə iyunun 29-da təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: