“Avro-2021”: Belçika və Danimarka milliləri pley-off mərhələsinə vəsiqələrini rəsmiləşdiriblər

A- A A+

İyunun 21-də futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun daha iki qarşılaşması oynanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, B qrupunun son turunda Finlandiya millisi Belçika seçməsi ilə üz-üzə gəlib. "Sankt-Peterburq" stadionunda keçirilən görüş belçikalıların minimal hesabla qələbəsi ilə başa çatıb - 2:0. Oyunda qolları Lukas Hradeçki (74, öz qapısına) və Romelu Lukaku (83) vurub.

B qrupunun digər görüşündə isə Rusiya millisi Danimarkaya 1:4 hesabı ilə məğlub olub.

Beləliklə, Avropa çempionatının B qrupundan növbəti mərhələyə Belçika və Danimarka seçmələri çıxıb. Üç xalı olan Finlandiya millisi isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: