“Grand Chess Tour”un ikinci mərhələsinin blits turnirində Teymur Rəcəbov 9-cu olub

A- A A+

Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsi iyunun 22-də başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şahmatçımız ikinci mərhələnin blits turnirində yekun nəticəyə görə 9-cu olub. Turnirin qalibi ABŞ təmsilçisi Uesli So olub.

Qeyd edək ki, iyunun 18-20-də “Grand Chess Tour”un ikinci mərhələsinin rapid yarışlarında da Uesli So birinci yeri tutub. Həmin turnirdə isə şahmatçımız səkkizinci nəticəni göstərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: