Klublar arasında Fransa çempionatında Azərbaycan şahmatçıları da iştirak edəcəklər

A- A A+

İyunun 24-də Fransanın Şalons-En-Şampan şəhərində klublar arasında şahmat üzrə ölkə çempionatı start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 12 klubun iştirak edəcəyi çempionat iyulun 4-dək davam edəcək.

Çempionatda Azərbaycan şahmatçıları da iştirak edəcəklər. Belə ki, "Bischwiller" klubunun iştirak ərizəsində bir nömrəli şahmatçı kimi sifariş edilən Şəhriyar Məmmədyarov, “Grasse Echess” klubunun bir nömrəsi olacaq yığmamızın digər üzvü Nicat Abbasov, “Chartres Echess” klubunda çıxış edəcək Rauf Məmmədov və Namiq Quliyev Fransa çempionatında Azərbaycanı təmsil edəcəklər. Çempionat dairəvi sistem üzrə keçiriləcək və 11 turdan ibarət olacaq.

Şahmatçılarımızla yanaşı, Fabiano Karuana, Aniş Giri, Maksim Vaşye-Laqrav, Aleksandr Qrişuk, Alireza Firuzca, Vanq Xao, Pentala Harikrişna, Yorden Van Forest, Cefri Ksionq, Veselin Topalov, Vasili İvançuk və digər tanınmış idmançılar iştirak edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: