Naxçıvan şahmatçıları Belqradda keçirilən şahmat turnirində uğur əldə edib - FOTOLAR

A- A A+

Serbiyanın paytaxtı Belqradda keçirilən şahmat turnirində Naxçıvan şahmatçıları yarışa uğurlu nəticə ilə start veriblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahmat üzrə "Silver Lake 2021 Open" və "Serbia Chess Open 2021" yarışlarında ölkəmizi 17 şahmatçı təmsil edir. Naxçıvan şahmatçılarının da iştirak etdiyi turnirdə təmsilçilərimizdən Toğrul Həsənzadə, Pərviz Qasımov, Sadiq Qarayev, Nəsrin Babayeva və Nazlı Hümbətova yarışın ilk turunda qələbə qazanıb.

Qeyd edək ki, turnirdə  42 ölkədən 461 şahmatçı iştirak edir. Azərbaycan şahmatçılarından 13-ü "Masters", 4-ü isə "Amateurs" yarışlarında iştirak edirlər. "Masters" turnirində Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Ülvi Sadıqov, Vüqar Rəsulov, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Pərviz Qasımov, Read Səmədov, Toğrul Həsənzadə və Gövhər Beydullayeva, "Amateurs" yarışında isə Sadiq Qarayev, Nəsrin Babayeva, Nazlı Hümbətova və Ramazan Şərifov mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: