“Avro-2020”: Bakıda keçiriləcək dörddəbir final mərhələsinin ilk iştirakçısı bəlli olub

A- A A+

İyunun 26-da futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə Uels-Danimarka oyunu ilə start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilən görüş Danimarka millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Danimarkalıların heyətində Kasper Dolberq (27-ci və 48-ci), Yoakim Mehle (88-ci) və Martin Brautvey (95+5-ci) fərqləniblər.

Danimarka növbəti mərhələdəki oyununu Bakı Olimpiya Stadionunda keçirəcək.

İyulun 3-də Bakıda keçiriləcək dörddəbir final mərhələsində Danimarka yığmasının rəqibi Niderland - Çexiya duelinin qalibi olacaq.

Qeyd edək ki, günün ikinci oyununda İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda oynanılacaq oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv dörddəbir finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: