"Avro-2020"nin səkkizdəbir final mərhələsi çərçivəsində Rumıniyanın paytaxtı Buxarestdəki Milli Stadionunda keçirilən Fransa-İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İsveçrə yığmasının kapitanı və "Arsenal"ın üzvü Qranit Caka görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Q.Caka Fransa millisi ilə matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Fransa millisini "Avro-2020"dən kənarlaşdıran İsveçrə millisi turnirin dörddəbir final mərhələsinə yüksəlib. Növbəti mərhələdə İsveçrə millisi İspaniya yığması ilə qarşılaşacaq. Matç iyulun 2-də Sankt-Peterburqda təşkil olunacaq.