Avropa çempionatının 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyunu üçün təyinatlar açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına həvalə edilib.
FIFA referisi Byorn Kuypersə Sander van Rökel və Ervin Tseynstra yan xətt hakimləri qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını rusiyalı Sergey Karasyov yerinə yetirəcək. VAR hakimi niderlandlı Pol van Bökeldir.
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.