Naxçıvan şahmatçıları beynəlxalq turnirin mükafatçıları sırasında

A- A A+

Serbiyanın Silver Leyk şəhərində təşkil olunan “Silver Lake-2021 Open” beynəlxalq turniri başa çatıb. Turnirdə iştirak edən naxçıvanlı şahmatçılar uğurlu nəticələr göstəriblər. Ən yaxşı göstərici Nəsrin Babayevaya məxsusdur.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 99 şahmatçının iştirak etdiyi B qrupunda mübarizə aparan yeniyetmə idmançımız 9 oyuna 5,5 xal toplayaraq qadınlar arasında birinci olub. Ümumi sıralamada ilk üçlükdən cəmi yarım xalla kənarda qalan Sadiq Qarayev isə 18 yaşadək şahmatçılar arasında ikinci yeri tutub. Aktivində 5 xalı olan Nazlı Hümbətova reytinq əmsalını 171 xal artırıb. A qrupunda yer alan Pərviz Qasımov 5 xal, Toğrul Həsənzadə isə 4 xal toplayıb.

Qeyd edək ki, iyulun 2-də Serbiyada daha bir turnir start götürür. Belqrad şəhərində keçiriləcək “Serbia Chess Open-2021”də Naxçıvan şahmatçıları da iştirak edəcək. Şahmatçılar “masters” və “amateurs” kateqoriyaları üzrə yarışacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: