İyulun 3-də Portuqaliyada gənc cüdoçular arasında Avropa kuboku yarışı start götürəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə Azərbaycanı 10 cüdoçu təmsil edəcək.
Oğlanların yarışında Turan Bayramov, Samir Piriyev, Kənan İsmayılov (60 kq), Vaqif Tarverdiyev, Kamran Süleymanov (66 kq), Çingiz Fəttahov, Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Yarış iyulun 4-də başa çatacaq.