Azərbaycan güləşçisi Qurban Qurbanov Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib

A- A A+

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beşinci yarış günündə - iyulun 2-də 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Güləşçimiz Elmir Əliyev (55 kq) ilk mərhələdə ukraynalı rəqibinə qalib gəlib. Polşa güləşçisini çətinlik çəkmədən üstələyən E.Əliyev 1/4 finalda rusiyalı rəqibiylə bacarmayıb.

Çempionatda 63 kiloqram çəki dərəcəsində çıxış edən Qurban Qurbanov debütdə Moldova təmsilçisindən güclü olub. Həmyerlimiz daha sonra İtaliya idmançısına tam üstünlüklə qalib gəlib. Türkiyədən olan rəqibini də vaxtından əvvəl məğlub edən Q.Qurbanov yarımfinala yüksəlib.

Millimizin üzvü Elcan Məmmədov (77 kq) startda finlandiyalı həmkarına uduzub.

Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Hollandiya, daha sonra isə Almaniya güləşçisini yolundan kənarlaşdırıb. Lakin dörddəbir finalda macar güləşçi keçilməz olub.

Güləşçimiz Sərxan Məmmədov (130 kq) yarışa Gürcüstan pəhləvanı üzərində qazandığı qələbə ilə başlayıb. Ancaq dörddəbir finalda Yunanıstan idmançısına məğlub olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: