Naxçıvan idmançısı dünya kubokunun qalibi olub - FOTOLAR

A- A A+

Ukraynanın Nikolayevski bölgəsində yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən Universal Döyüş üzrə Dünya Kubokunda yığma komandamızın heyətində iştirak edən Naxçıvan Kikboksinq Federasiyasının və “Turan” döyüş klubunun idmançısı Sadiq Kərimov qalib olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 28 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycanı Əməkdar məşqçi Elşən İsmayılovun rəhbərliyi ilə 24 idmançımız təmsil edib.

Naxçıvanlı idmançı Sadiq Kərimov yarışda 11-12 yaş kateqoriyasında 42 kiloqram üzrə mübarizə aparıb. Əvvəlcə “Light” versiyasında 3 görüş keçirən Sadiq bütün rəqiblərini - Polşa, Özbəkistan və Ukrayna idmançılarını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Classic” versiyasında isə finaladək məğlubiyyətsiz irəliləyən təmsilçimiz həlledici döyüşü xal hesabı ilə uduzub. Beləliklə, yeniyetmə idmançımız dünya kubokunu 1 qızıl və 1 gümüş medalla tamamlayıb.
Qeyd edək ki, Sadiq Kərimov kikboksinq üzrə Azərbaycan üçüncüsü və Pankration, Qrepplinq üzrə açıq Bakı çempionatlarının qalibidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: